Uzeyir Mehdizade - Teki Sen Xosbext Olasan (Qonaqcanli)

Описание к видео Uzeyir Mehdizade - Teki Sen Xosbext Olasan (Qonaqcanli)

Üzeyir Mehdizadə - Təki Sən Xoşbəxt Olasan (Qonaqcanlı)
Uzeyir Mehdizade - Teki Sen Xosbext Olasan (Qonaqcanli)

Söz: Üzeyir Mehdizadə
Musiqi: Üzeyir Mehdizadə
Aranjiman: Üzeyir Mehdizadə
Production: Üzeyir Production

"Təki Sən Xoşbəxt Olasan" - Sözləri (Lyric)

Lap istəsən buralardan gedərəm
Təki sən xoşbəxt olasan yarım
Ürəyin nə istəyirsə edərəm
Təki sən xoşbəxt olasan yarım

Mənə ayrıl deyirsən ayrılıram qoy sən deyən olsun
İstəmirdin bizi istəməyənlər sevinib əl çalsın
Yaşa həyatını istədiyin kimi dərd, qəm mənə qalsın
Bir can nədir ki, sənin üçün ölərəm
Təki sən xoşbəxt olasan yarım

Mənimlə üz-üzə gəlsən dayanıb qanını qaraltmaram
Səni mən görəndə verərəm Salam heç zaman unutmaram
Mən yaşadığım acı günlərimi sənə mən yaşatmaram
Dost deyir dərdimi sənlə bölərəm
Təki sən xoşbəxt olasan yarım

Soruşsalar ki, niyə ayrıldız? demə səndədir günah
Mənim adımı ver denən mən nə edim? o sevəndədir günah
Desələr bilə-bilə niyə sevdin bəs? de ki, məndədir günah
İnanmasalar çağırsan gələrəm
Təki sən xoşbəxt olasan yarım

Unutmaq istəyirəm unutmaram ürəyim səni deyəsən
Ürəyim bacarmasa da istəyirəm üzümü görməyəsən
Baş alım gedim gərək buralardan yerimi bilməyəsən
Geri dönməmək üçün söz verərəm
Təki sən xoşbəxt olasan yarım

©️ Bütün müəllif hüquqları Uzeyir Production tərəfindən qorunur! Audio və video-vizual materialların nüsxələnməsinə icazə verilmir.

All rights reserved ©️ 2024, Uzeyir Production

Комментарии

Информация по комментариям в разработке